RU
Daha bir ölkə Rusiya sərhədinə qoşun yeridir
21:03
399

Daha bir ölkə Rusiya sərhədinə qoşun yeridir

Bir sıra NATO ölkələrinin ardınca İspaniya da Rusiya sərhədlərinə hərbi bölmələrini göndərir.

İspaniya 6 "Leopard 2E” tankı, 10 "Pizarro” tırtıllı zirehli avtomobili və 350 hərbi qulluqçunu Latviyaya göndərmək niyyətindədir.

Qeyd edək ki, NATO 2016-cı ildə keçirilən Varşava sammitində Latviya, Litva, Estoniya və Polşanın xahişi ilə bu ölkələrdə çoxmillətli batalyonların yerləşdirilməsi haqqında qərar verib. Latviya 2004-cü ildən NATO-nun üzvüdür./publika.az
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ