Bosniya və Hersoqovinada neftayırma zavodunda partlayış olub.
7News.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə Bosanski-Brod şəhərində qeydə alınıb. Partlayış nəticəsində 8 nəfər yaralanıb. Hadisə yerinə bölgənin bütün xilasetmə xidmətinin əməkdaşları cəlb edilib. Qəzanın səbəbi barədə məlumat verilmir.
Xatlırladaq ki, bir neçə gün əvvəl Kanadada da eyni tip partlayış olmuşdu.
7News.Az








