HİMARS-dan atılan raket nəticəsində iyulun 11-də Rusiya Silahlı Qüvvələrinin 22-ci Ordu Korpusunun (73954 saylı hərbi hissə, Simferopol) qərargah rəisi, general-mayor Nasbulinin və onunla birlikdə bir neçə digər rus komandiri məhv edilib.
Ukrayna ordusu rus ordusuna məxsus komanda məntəqələrini və anbarlarını məhv edir. Belə ki, son bir neçə gün ərzində Xerson vilayətində artilleriya zərbələri nəticəsində diviziya səviyyəli 4-dən çox anbar və 3 komanda məntəqəsi məhv edilib. Adı çəkilən generallar və komandirlər də bu hücumlar zamanı məhv edilib. Hücumlar nəticəsində rus ordusunun 150-dən artıq hərbçi həyatını itirib.
Verilən xəbərə görə, ölənlər arasında 22-ci Ordu Korpusunun qərargah rəisi (hərbi hissə 73954, Simferopol), general-mayor Nasbulin, 20-ci motoatıcı diviziyasının komandiri (22220 saylı hərbi hissə, Volqoqrad), polkovnik Qorobets, Qərargah rəisi - 20-ci atıcı diviziyanın komandirinin birinci müavini polkovnik Kens, 20-ci atıcı diviziyanın qərargahının əməliyyat şöbəsinin rəisi, polkovnik-leytenant Koval, 20-ci atıcı diviziyasının artilleriya rəisi polkovnik-leytenant Qordeev ölüb./olke
7NEWS.Az








