RU
Danimarkada rekord sayda koronavirusa yoluxma qeydə alınıb
23:55
781

Danimarkada rekord sayda koronavirusa yoluxma qeydə alınıb

Danimarkada ötən gün ərzində koronavirusa 16 mindən çox yoluxma halı qeydə alınıb. Bu da pandemiya dövründə ən yüksək rəqəmdir.

7NEWS.Az xəbər verir ki, bu barədə Danimarka Səhiyyə Nazirliyi məlumat yayıb.

Belə ki, ölkədə koronavirus infeksiyasına 16 164 yeni yoluxma faktı qeydə alınıb. Analiz nümunələri müsbət çıxan 7 nəfər vəfat edib. Ümumilikdə Danimarkada koronavirusun yaratdığı fəsadlar nəticəsində ölənlərin sayı 3 217 nəfərə çatıb.

İndiyədək ölkədə ümumilikdə 715 min nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ