RU
Daşkəsəndə yol qəzası olub, xəsarət alanlar var
14:40
123

Daşkəsəndə yol qəzası olub, xəsarət alanlar var

Daşkəsən rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Hadisə Gəncə-Daşkəsən avtomobil yolunda qeydə alınıb.

Hərəkətdə olan "VAZ-21011" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı dəmir maneələrə çırpılıb.

Hadisə zamanı 1970-ci il təvəllüdlü Xəlil İbrahimov və 1966-cı il təvəllüdlü Sənəm Heydərova xəsarətlər alıblar.

Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onlardan X.İbrahimovun vəziyyəti ağır, S.Heydərovanın vəziyyəti isə orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ