RU
Daşqın Qənbərov:
14:51
621

Daşqın Qənbərov: "Bu "HÜQUQİ NİHİLİZM"dir"

Ölkənin ictimai və siyasi həyatında son günlərin ən aktual mövzu ilə bağlı ictimai-siyasi fəal, hüquq üzrə fəlsəfə doktoru Daşqın Qənbərova münasibət bildirib. Ölkə qanunlarını ayaqlar altın atmağın böyük hörmətsizlik olduğunu deyən D.Qənbərov bunun hüquqi nihilizm olduğunu dedi: "Münasibət bildirmək üçün şərait yaratdığınız üçün təşəkkür edirəm. Hadisə ilə bağlı bildirmək istəyirəm ki, nəyəsə, kiməsə arxalanıb ölkənin qanunlarına, hökumətin qərarlarına biganə, dırnaqarası baxmaq cinayət (və ya inzibati) məsuliyyətə səbəb olmaqla paralel, dövlətə, onun qurulmasında, yaşamasında, inkişafında xidmətləri olmuş və bu gün də bu istiqamətdə səylə çalışan insanlara, qanunlara riayət edərək yaşayan milyonlarla vətəndaşlara qarşı da hörmətsizlikdir. Bu "HÜQUQİ NİHİLİZM"dir. Hal-hazırda qanunlarn yerinə yetirilməsinin məcburiliyi daha ciddi bir şəkildə bizim həyatımıza daxil olmalı, sosial və maliyyə vəziyyətindən asılı olmadan hər bir vətəndaş üçün vərdişə çevrilməlidir. Hesab edirəm ki, hüquqi nihilizm kimi "xəstəliyin” aradan qaldırılması üçün bu xəstəliyə yoluxmuş insanlarda yeni reallıqlar, yeni çağrışlar zəmnində ümumbəşəri prinsiplərə əsaslanan düşüncələr formalaşmalı, onlar sosial oriyentasiyaları dəyişməlidirlər."
7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ