RU
Ağsuda bomba təhdidi: Keçmiş məhkum həbs olundu
11:40
25

Ağsuda bomba təhdidi: Keçmiş məhkum həbs olundu

Ağsu rayonunda polisə yalan məlumat verən şəxs həbs edilib.

Hadisə Ağsu şəhəri, Nizami küçəsi, 12 ünvanında baş verib.

Rayon sakini, 1982-ci il təvəllüdlü Sərxan Məmmədov (ad və soyad şərtidir) əvvəllər məhkumluq həyatı yaşayıb və 2022-ci ildə cəzası başa çatdıqdan sonra azadlığa buraxılıb. O, bir neçə gün öncə evində spirtli içki qəbul edib. Spirtli içkinin tәsiri altında olan Sərxan Daxili İşlər Nazirliyinin (DİN) 102 xidmәtinә zәng edib. Bildirib ki, 2022-ci ildә hәbsdәn azad olunub, mәşğulluq idarәsi tәrәfindәn işlә tәmin olunmayıb. Sərxan bu səbəbdən Ağsu dolaylarını bağlayacağını vә hәmin yola partalayıcı maddә (bomba) qoyacağını bildirib. Daha sonra o, mobil telefonunu söndürüb yaşadığı evin qapısını bağlayıb.

DİN-nin 102 xidmәtinә müraciәtlə bağlı polis əməkdaşları həmin ünvana gəlsələr də, o, qapını açmayıb və izahat vermәkdən imtina edib. Polis əməkdaşları onu rayon polis şöbəsinə dəvət ediblər.

Hadisə ilə bağlı protokol tərtib olunub və iş məhkəməyə göndərilib. Ağsu Rayon Məhkəməsinin qərarı ilə S.Məmmədov 15 sutka inzibati qaydada həbs edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ