Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) mayın 22-də keçiriləcək qurultayına qədər qrup daxilində toplantı olmayacaq.
Baş nazir Əhməd Davudoğlu növbəti həftələrdən birində millət vəkilləri ilə qapalı yığıncaq keçirib onlarla vidalaşacaq.
Bu barədə AK partiyasının sədr müavini Bülənt Turan bildirib.
Qeyd edək ki, dünən AK partiyasının keçirdiyi fövqəladə qurultayda Davudoğlu istefaya gedəcəyini açıqlayıb./qafqazinfo
7news.Az








