7NEWS.az xəbər verir ki, Türkiyənin Ərzurum şəhərində 27 yaşlı Timur Turan yolun kənarında dayanmış avtomobildə başından güllələnmiş halda ölü tapılıb. Avtomobilin iki fərqli yerindən qabaq sol ön şüşəsinin sınması səbəbindən şübhəli ölüm kimi qiymətləndirilən hadisə ilə bağlı araşdırma başladılıb.








