
7News.Az-ın ren.tv-yə istinadən verdiyi xəbərə görə, bu barədə "The Times of India" yazır.
Belə ki, iyulun 27-də polislər çamadanın içində qadın meyiti tapıblar. İtkin düşən Varişa Əlinin anası və qardaşı meyiti tanıyıblar.
Polis, qızın daim onu sıxışdıran əri və ərinin valideynləri tərəfindən cehizlərini ələ keçirmək üçün öldürüldüyü qənaətinə gəlib.
Mərhum dəfn olunub, lakin bir həftə sonra Varışa Əli polisə gələrək bütün bu müddətdə qonşu şəhərdə olduğunu bildirib. O, daha öncə işlədiyi şəhərə qayıtdığı barədə heç kəsə demək istəməyib.
Onu sağ görüncə şok olan polislər Varişinin əri və ərinin valideynlərinə qarşı ittihamları geri götürüblər.
Hazırda basdırılan qızın kimliyi araşdırılır.
Varişanın ər evinə qayıdıb-qayıtmadığı açıqlanmır.
7News.Az








