DƏHŞƏT: 6 saat əvvəl doğulan qızı diri-diri torpağa basdırdılar - VİDEO
Hindistanda dəhşətli hadisə baş verib.
7News.az bildirir ki, Hindistanın Odisha əyalətində təxminən 6 saat öncə doğulduğu ehtimal edilən körpə qız naməlum şəxslər tərəfindən Jajpur kəndindəki qumluq ərazidə diri-diri torpağa basdırılıb.
Xoşbəxtlikdən, həmin ərazinin yaxınlığında yaşayanlar uşağın basdırıldığı yerdə torpaqda qəribəlik hiss ediblər. Yeri qazmağa başlayanlar gördükləri mənzərə qarşısında şoka düşüblər. Onlar nəfəs alan körpəni dərhal xəstəxanaya çatdırıblar.
AFP agentliyinin məlumatına görə, çəkisi 2.5 kiloqram olan uşağın vəziyyəti normaldır.//big