RU
Demet Özdemirin milyonların rəğbətini qazanan RƏQSİ - VİDEO
16:50
981

Demet Özdemirin milyonların rəğbətini qazanan RƏQSİ - VİDEO

Türkiyənin sevilən aktrisası Demet Özdemir yeni paylaşım edib.

7News.Az türk mediasına istinadən xəbər verir ki, gözəl aktrisa sosial media hesabında ritmik mahnı ilə oynadığı rəqs videosunu "Zaman varkən bir az rəqs etmək heç də pis fikir deyil" qeydi ilə paylaşıb.



Onun 4 milyona yaxın izlənilən bu videosu çox bəyənilib və tez bir zamanda bir çox səhifələrdə paylaşılıb. İzləyicilərin bir çoxu onun aktrisalıqdan başqa gözəl rəqs etmək bacarığının olmasına heyrətlənsələr də, bəziləri bu təəccübün əsassız olduğunu bildirib. Belə ki, onlar Demetin aktrisa olmadan əvvəl rəqqasə olduğunu deyiblər.

Qeyd edək ki, Demet Özdemir ilk aktrisalıq fəaliyyətinə 2013-cü ildə yayımlanan "Sana Bir Sırr Vereceğim" serialı ilə başlayıb. Lakin o "Aylin" obrazını canlandırmazdan əvvəl ifaçı Bengünün rəqs qrupunda rəqsə başlayıb.
 



7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ