"Abşeron City” yaşayış kompleksində yaranmış problemlə
bağlı redaksiyamıza ünvanlanan şikayət məktubunu təqdim edirik:
"13. 10. 2016 cı il tarixində Xırdalan şəhərində yerləşən "Abşeron
City” yaşayış kompleksində, mənzilimə 1 ildir yağış suları axmasının qarşısının
alınması üçün MTK nın işçilərindən 13. 10. 2016 cı il tarixində problemin həll
olunmasını üçün müraciət etdim. Lakin "Abşeron City” yaşayış kompleksinin
orada olan müdiri tərəfindən təzyiq gördüm. Belə ki, MTK-nın müdiri Şahin
Mirkişili Famil oğlu mənə qarşı kəskin qeyri etik davranaraq-söyüş, təhqir və
fiziki güc tətbiq etdi. Mən ona bildirəndəki, satdığınız evin dam örtüyündən
yağış içəriyə girir və evi su basır. O , isə cavabında məni pis söyüşlərlə
təhqir edib üstümə hücüm çəkib, döydü. Mən onun əlindən çıxmaq istəyəndə 2
mühafizəçisi qollarımı tutaraq burdular. Bir təhər oradan uzaqlaşmağa
çalışdım o, isə məni təhqir etməyə davam edirdi. Şikayət edəcəyimi bildirdikdə
o məni ölümlə hədələyərək bildirdi ki, ”mənim qardaşım Sumqayıt şəhərinin
deputatıdır, mənə kim nə edə bilər?”. Oradan çıxdıqdan sonra polisə müraciət
edib başıma gələnləri danışaraq şikayət etsəm də, heç bir nəticəsi olmadı.
Şikayətçi Hüseynova Elnara Vidadi qızı iddia edir ki, 42 saylı Sumqayıt 2-ci
seçki darəsindən seçilmiş millət vəkili Mirkişli Tahir Famil oğlu onun
qardaşıdır və o, onun adından istifadə edərək yeri göyü hədələyir”.
Qarşı tərəfində mövqeyin dərc etməyə hazırıq.
miq.az








