RU
Deputat təhsil haqqını ödəyə bilməyən gəncə yardım edəcək - FOTO
17:32
955

Deputat təhsil haqqını ödəyə bilməyən gəncə yardım edəcək - FOTO

Xəbər verdiyimiz kimi Mingəçevir Dövlət Universitetinin Maliyyə fakültəsinə daxil olan olan tələbənin atası 1200 manat təhsil haqqını ödəyə bilmədiyi üçün bizə müraciət edib. 

Bununla bağlı BiG.AZ-a açıqlama verən deputat Aydın Mirzəzadə bildirib ki, ailənin maddi durumu aşağıdır: "Təhsildə həmin gəncə uğurlar arzulayıram. Mən özüm də təhsil haqqının bir qisminə kömək edəcəm. Təəssüf ki, onun tam təhsil haqqını ödəməyə imkanım yoxdur. Çünki mən həm Mingəçevirdə, həm də Rusiyada bir neçə tələbənin təhsil almasına kömək edirəm. İnsanlarımız bu xəbərin yayılmasında aktiv olsunlar ki, imkanlı şəxslər də ona kömək etsin”. 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ