RU
Deputatın 69 yaşlı direktor atası ilə bağlı - RƏSMİ AÇIQLAMA
19:51
1996

Deputatın 69 yaşlı direktor atası ilə bağlı - RƏSMİ AÇIQLAMA

Deputat Mahir Abbaszadənin atası Tapdıq Abbasovun Laçın rayonu R.Hümbətov adına Güləbird orta məktəbində direktor olması barədə məlumat vermişdik

Politika.Az-ı məlumatlandıran mənbə bildirirdi ki,
T.Abbasovun 70 yaşı olsa da, həmin məktəbdə direktor işləyir. Ona verilən bu xüsusi "imtiyaz”ın səbəbi isə oğlunun deputat olmasıdır. 

Laçın rayonu Təhsil Şöbəsinin müdiri Nicat Həsənov məsələ ilə bağlı Politika.Az-a danışarkən bildirdi ki, T.Abbasovun 70 yox, 69 yaşı var: "Tapdıq Abbasov əməkdar müəllimdir. Müqavilə bağlanıb, ilin sonunacan işləyəcək. Növbəti ildən isə bu məsələ ilə bağlı qərar vermək bizim səlahiyyətimizdə olan məsələ deyil”.
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ