RU
Deputatlar iclasa gəlmədi - Ermənistanda
14:35
423

Deputatlar iclasa gəlmədi - Ermənistanda

Ermənistan parlamentinin iclası baş tutmayıb.

7News.az xəbər verir ki, iclas yetərsay olmadığından keçirilməyib.
 
Məlumata görə, iclasın keçirilməsi üçün ən azı 66 millət vəkilinin iştirakı tələb olunsa da, cəmi 39 deputat qeydiyyatdan keçib.
 
Parlament sədrinin müavini Eduard Şarmazanov bildirib ki, saat 15:00-dək lazımi sayda deputat qeydiyyatdan keçməsə, reqlamentə uyğun olaraq yeni parlament seçkilərinə dair təşviqat kampaniyasına start veriləcək: "Mən istərdim ki, mayın 31-dək parlament hazırkı tərkibdə iclaslar keçirsin. Amma vəziyyət belədir ki, kvorum yoxdur. Biz mövcud reallığı qəbul etməliyik".
 
Qeyd edək ki, parlament seçkiləri ilə bağlı təşviqat kampaniyasına martın 5-də start veriləcək.  
 
Ermənistanda parlament seçkiləri aprelin 2-nə təyin olunub. //apa

 

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ