RU
Dərman təchizatının İTS-nin Xidmətlər Zərfinə daxil olub-olmamasına aydınlıq gətirilib
20:50
618

Dərman təchizatının İTS-nin Xidmətlər Zərfinə daxil olub-olmamasına aydınlıq gətirilib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi dərman təchizatının Xidmətlər Zərfinə daxil olub-olmamasına münasibət bildirib.

7NEWS.Az-ın məlumatına görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin "Facebook" səhifəsində "Tibbi sığorta saatı"nda Tibbi iddialar departamentinin koordinatoru Səbinə Quliyeva deyib ki, ambulator şəraitdə dərman təchizatı Xidmətlər Zərfinə daxil deyil.
O bildirib ki, stasionar xidmətə ehtiyacı olan vətəndaşlar üçün göndəriş vərəqəsi verilir: "Vətəndaş artıq stasionar tibbi xidmətdən yararlanaraq hər hansı tibb mərkəzində müalicə alırsa, bu zaman bütün dərman vəsaitləri icbari tibbi sığorta çərçivəsində qarşılanır”.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ