7news.az "Xəzər" TV-yə istinadən xəbər verir ki, hadisə axşam saatlarında şəhərin Üzeyir Hacıbəyov küçəsindəki çoxmərtəbəli binaların birində baş verib.
68 yaşlı şəhər sakini Alik İsmayılovun halı qəfil pisləşib. Təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılmasına baxmayaraq, onun artıq yolda keçindiyi müəyyən edilib.
Qonşulardan biri bildirib ki, həmin şəxs sakit biri idi: "Arada təzyiq problemləri olurdu, çox sakit və mehriban adam idi. Məktəbdə musiqi müəllimi işləyirdi. Axşam saatlarında evinə təcili yardımın gəldiyini gördük. Çox təəssüf ki, onu xilas etmək mümkün olmadı. Belə bir hadisənin yaşanması hamımızı sarsıtdı.".
Eyni ünvanda yaşayan 41 yaşlı Samir Əliyev də oxşar diaqnozla Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki akademik Zülfüqar Məmmədov adına xəstəxananın Təcili yardım şöbəsinə gətirilib. Həkimlər tərəfindən ona zəruri tibbi yardım göstərilib. Hazırda vəziyyəti qənaətbəxş olan şəxs ambulator müalicə üçün evə buraxılıb.
Faktla bağlı müvafiq araşdırmalara başlanılıb.








