Dərsdə qəflətən ürəyi tutan müəllimdən SON XƏBƏR: Ayın 13-də... - VİDEO
Qax rayonu Turaclı kəndindən olan 1966-cı il təvəllüdlü Gülxar Nadir qızı Babayevanın vəziyyəti dərs zamanı qəflətən pisləşib. Hadisə Arif Abbasov adına Turaclı kənd tam orta məktəbində baş verib.
7News.az xəbər verir ki, Qax Rayon Təhsil Şöbəsindən publika.az-a verilən məlumata görə, təcili olaraq rayon mərkəzi xəstəxanasına yerləşdirilən 51 yaşlı müəllimə Gülxar Nadir qızı Babayevanın həyatını xilas etmək mümkün olmayıb. 51 yaşlı müəllimə xəstəxananın reanimasiya şöbəsində vəfat edib.
Şöbədən bildirilib ki, Təhsil Nazirliyi tərəfindən Qax Olimpiya İdman Kompleksində ümumtəhsil məktəblərində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi ayın 13-də keçiriləcək.