Uşaq əməyinin istismarı qanunla qadağan olunsa da, ölkədə 15 yaşına çatmayanların işə cəlb olunması faktları var.
7News.Az xəbər verir ki, belə faktlardan biri də Bizimyol.info əməkdaşı tərəfindən aşkarlanıb. Belə ki, Mərdəkandan "koroğlu" metrostansiyası yaxınlığındakı dayanacağa doğru hərəkət edən Bakı Nəqliyyat Agentliyinin 36009 eyniləşdirmə kodlu,90-MO-496 dövlət nömrə nişanlı avtobusunda məktəbli yaşda olan uşaq "konduktor" olaraq istismar edilir.
Bu gün ilk dərs gününün olmasına baxmayaraq məktəblinin avtobusda "pulyığan" kimi istismar edilməsi əməkdaşımız tərəfindən anbaan görüntülənib.
Həmin görüntüləri oxucularımıza təqdim edirik.

7News.Az