RU
Diaspor Gənclərinin I Yay Düşərgəsində məlumatlandırma sessiyaları bitib
13:56
412

Diaspor Gənclərinin I Yay Düşərgəsində məlumatlandırma sessiyaları bitib

"Cümhuriyyətin 100 illiyi” Diaspor Gənclərinin I Yay Düşərgəsində peşəkar mütəxəssislərin iştirakı ilə təhsil, miqrasiya və ASAN xidmət sahələrini əhatə edən məlumatlandırma sessiyaları uğurla yekunlaşıb. 

7News.Az xəbər verir ki, Təhsil Nazirliyinin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli sessiya iştirakçılarına təhsilin əhəmiyyəti və təhsildə yeni innovasiyalar haqqında danışıb. 

Tədbirin davamında ASAN xidmətlə bağlı informasiya verən ASAN nümayəndəsi Zəka Muradov diaspor gənclərinin müvafiq suallarını cavablandırıb. O, bu sahədə Azərbaycan modelinin dünyada böyük maraqla qarşılandığını və bəzi ölkələrdə, artıq bu təcrübənin tətbiqi istiqamətində araşdırmalar aparıldığını bildirib.

Daha sonra düşərgə iştirakçıları miqrasiya prosesləri barədə məlumatlandırılıb. Gəncə Regional Miqrasiya İdarəsinin rəisi, kiçik miqrasiya xidməti müşaviri Orxan Xıdırov iştirakçılarla görüşdə miqrasiya sahəsinda dövlət siyasəti, miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsində Azərbaycan Respublikasının qanunvericiliyi barədə məlumat verib. Diqqətə çatdırılıb ki, Dövlət Miqrasiya Xidməti ölkədə miqrantların aşkarlanması, qanunlar çərçivəsində onların normal yaşayışının təmin olunması və fəaliyyət imkanlarını tənzimləyir. 

İnteraktiv şəkildə keçən görüşdə diaspor gənclərinin çoxsaylı sualları cavablandırılıb, onların fikir və mülahizələri dinlənilib.

 



7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ