RU
Dilarə Əliyevadan yenilik: Stand-up konserti verəcək (FOTO)
19:51
1699

Dilarə Əliyevadan yenilik: Stand-up konserti verəcək (FOTO)

Əməkdar artist Dilarə Əliyeva stand-up konserti verəcək.

Sənətçi bu barədə sosial media hesabında məlumat verib. O bildirib ki, sözügedən layihə ilə Azərbaycanda ilkə imza atacaq:

"Uzun illər öncə bu sahəyə addım atanda məni sevəcəyinizi xəyal edirdim, amma bu qədəri ağlıma gəlməzdi. Bir yola çıxdıq və bu yolda minlərlə ürəyə yol tapdım, sevgi qazandım, hərdən xaotik sevgi seli, hərdən düzünə deyilən, ürəkdən gələn sözlər məni özünüz kimi gördüyünüzün sübutudur. 
 


Daha bir yol məni gözləyir. Ölkə tariximizdə ilk dəfə olaraq bir qadın stand-up-çının solo konserti olacaq. Müxtəlif intonasiyalar ilə "Mintonasiya”da hamınızı gözləyirəm! Biletləri "İticket" platformasında və şəhərin bütün kassalarından əldə edə bilərsiniz”.

Biletlərinin qiyməti 30 manatdan başlayır. Konsert oktyabrın 26-da Heydər Əliyev Sarayında baş tutacaq.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ