RU
lombard
Aybəniz Haşımovadan Firuzə İbadova ilə bağlı ürəkdağlayan çağırış: “Onun əməyi qiymətləndirilməlidir”
19:37
892

Aybəniz Haşımovadan Firuzə İbadova ilə bağlı ürəkdağlayan çağırış: “Onun əməyi qiymətləndirilməlidir”

Bu barədə 7NEWS.az saytına Əməkdar artist Aybəniz Haşımova məlumat verib. Dəyərli sənətçimiz Firuzə İbadovanın Azərbaycan musiqi sənətində xüsusi yeri olduğunu deyən A.Haşimova onun hal-hazırda zirzəmidə yaşadığını ürək acığı ilə bildirib:

"Bəli, onu mən tanıyanda o, artıq indiki dəbdə olan ifadə ilə desək, ulduz idi. Mənimçün bu gün də ulduzdu. Özü də heç vaxt sönməyəcək ulduz! Onun haqqında bütün bildiklərimi, gördüklərimi söhbətləşmək istəyirəm sizinlə, dostlar!

Çünki, zaman elə sürətlə gedir ki, birdə baxırıq ki, catmışıq müəyyən yaşa və ömrün əlimizdən alıb nə qədər apardığı var... Gəncliyimiz, sağlamlıgımız, illərimiz, doğmalarımız, ümüdlərimiz, gözlədiyimiz... O gözlədiyimiz ki, birdə heç vaxt qayıtmayacaq GƏNCLİYİMİZİN İŞIQ DOLU SƏSİ... O səs ki, hər zaman, hər kəs dinləmək, görmək arzusu ilə, cibinin ən sonuncu parasını bəlkə də bilet alıb, Azkonsert, Filarmoniya səhnələrində Firuzə İbadovanı dinləmək ücün onun cıxış etdiyi konsertlərə gələrdi ONU sevən tamaşacılar. Firuzə İbadovanın cıxış etdiyi əzəmətli konsertlərin dəfələrcə şahidi olub, onu yaxından dinləyib, hətta pərdə kənarında onu dinləyə-dinləyə ondan öyrənmişəm onun musiqi baxışını. O,1981 ci ildə dahi ŞÖVKƏT XANIMIN ULU ÖNDƏR HEYDƏR ƏLİYEV tərəfindəndən verilmiş sərəncam əsasında acılmış Muğam sinfinin ilk tələbələrindən oldu, halbu ki, onun dərs almağa heç bir ehtiyacı olmadığı halda, sırf dahi ŞÖVKƏT XANIMA OLAN BÖYÜK SEVGİSİNDƏN məhz o sinifdə dərs almışdı. Azkonsert, Gəncə Göygöl ansamblı, Filarmoniya, Dan ulduzu ansamlının təqvimdə elə bir günü yox idi ki, xalq qarşısında təşkil olunmuş konsertlərdə, STADİON, TARLA, KOLXOZ, SOVXOZ, deməzdi, hətta son yaxın illərdə o, tədbirlərin birinin təşkilatçısı şəxsən özüm olmuşam və Firuzə xanımın necə böyük şövqlə bütün tədbirlərin gözəl kecməsi ücün əlindən gələni etməsinin şahidi olmuşam. Firuzə İbadovanın adı QIRMIZI HƏFLƏRLƏ YAZILAN MÜGƏNNİLƏR SİYAHISINDA İDİ, müqabilində isə, Firuzə İbadova ayda cəmi bir dəfə maaş alardı. O da digər sənətkarlar kimi xalqının qarşısında olan SAYSIZ cıxışlarının sonunu bu gün kimi deyil, cox böyük sevgi, diqqətlə ödəniləcəyini, təminini düşünürdü. Firuzə xanım tək evladının deyil, bütün ailəsinin yükünü çəkib və bu gün də artıq neçə illərdi məcburiyyətdən satmış olduğu Bayıldakı 1 otaqlı evin 34 kv sahəsi olan zirzəmisindən yarım metr hündürlüyündə yerləşdirilməsidir... Onu gördüyümdə dərdimin üstünə dərd gəldi. Firuzə xanım səhnədə AZƏRBAYCAN İNCƏSƏNƏTİNƏ XİDMƏT ETMƏYƏ BAŞLAYANDA mən özüm 1-ci sinfə belə getmirdim və mənim kimi bir çoxları... Düzdür, illər ötür, yaşın üstə yaş gəlir və təbii ki, Firuzə xanım kimi musiqimizin və gənclərin yüksək musiqi zövqünün formalaşmasında xidməti olan insanlar qocalır, hətta SƏSİNİ, SƏHNƏ GÜCÜNÜ DƏ İTİRƏ BİLƏRLƏR... Amma, bu o demək deyil ki, ONLARIN ƏMƏYİ İTMƏLİ VƏ UNUDULMALI, QİYMƏTLƏNDİRİLMƏMƏLİDİRLƏR. Onunçün də, aidiyyəti orqanlar bu kimi halları dəqiqləşdirib və Firuzə xanım kimi insanların halal haqqını qiymətləndirməlidirlər,əksinə, özlərindən incik salmamalıdırlar. Bu dünya onsuz da heç kimə qalan deyil... Hec olmuya, öləndə heç kimin gözü arxada QALMASIN ŞÖVKƏT XANIM KİMİ!

ALLAH HEÇ KİMİ, HEÇ KƏSƏ MÖHTAC ELƏMƏSİN...”

7NEWS.az

 

Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ