RU
DİN su quyusuna atılan uşaqla bağlı məlumat yaydı
14:12
301

DİN su quyusuna atılan uşaqla bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi (DİN) Lənkəranda yeni doğulan uşağın ölməsi faktı ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən 7news.Az-a verilən məlumata görə, iyulun 30-da, saat 6.03 radələrində Lənkəran rayonunun Darquba kənd sakini Şaiq Nuriyev DİN-in "102 Zəng Mərkəzi”nə zəng edərək yaşadığı evdə uşaq arabasında olan 5 günlük qızının yoxa çıxdığını bildirib.

Həmin gün saat 6.31 radələrində Ş.Nuriyev təkrarən zəng edərək uşağın meyitinin həyətindəki su quyusunda olduğu haqda məlumat verib.

Hadisə yerinə gələn Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən uşağın meyiti su quyusundan çıxarılıb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ