RU
DİQQƏT: Ölkə üzrə işıq yenidən kəsiləcək - PROBLEMİN TAM TƏFSİLATI
11:15
1949

DİQQƏT: Ölkə üzrə işıq yenidən kəsiləcək - PROBLEMİN TAM TƏFSİLATI

7news.az xəbər verir ki, İyulun 2-dən 3-nə keçən gecə hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevir İES-in yarımstansiyasında cərəyan transformatoru sıradan çıxmışdır. 
Yaranmış problem Prezident İlham Əliyevin tam nəzarətindədir. Artıq əsas strateji obyektlərdə enerji təchizatı tam təmin olunub.
Minçevir sakinlərinin 7NEWS.az-ın hadisə yerində olan müxbirinə verdiyi məlumata görə gecə İES-də, blokların birində güclü yanğın olub. Yanğının hündürlüyü 50 metrə yaxın olub. 
Stansiyada çalışanlardan bəziləri problemin tam aradan qalxmadığını, gün ərzində enerji təchizatında fasilələrin olacağını bildirib. Bəzi iddialara görə Rusiya mövcüd, xaotik durumdan çıxmaq üçün öz köməkliyini təklif edib. Artıq bir çox istiqamətlər üzrə enerji təchizatı Rusiyadakı stansiyalara qoşulmuş halda çalışır.
Mövzunu davam etdirəcəyik. 

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ