RU
Diqqətlər onların üzərində: Putinin sirr kimi saxladığı qadın
12:20
689

Diqqətlər onların üzərində: Putinin sirr kimi saxladığı qadın

Dünya liderləri təkcə öz hərəkətləri, yürütdükləri siyasətlə deyil, həm də ətrafarındakı xanımlarla diqqt mərkəzində olurlar.

7News.az dünya liderləri və onların yaxınlığındakı xanımları təqdim edir.

1. Prezident Donald Trampın qızı İvanka. Atası prezident seçiləndən sonra dünyanın diqqət mərkəzindədir. 2009-cu ildən Cared Kuşnerlə evidir və 3 uşaqları var.

2. Məryəm Navaz. Məhəmməd Nəvaz Şərifin 43 yaşındakı qızı Məryəm Nəvaz atasının seçkilərdə qələbə qazanmasında böyük rol oynayıb.

3. Yekaterina Tikanova-Putin. Özəl həyatını sirr kimi saxlayan Rusiya prezidenti Putinin sirr kimi saxladığı 2 qızından biri. Moskva Dövlət Universitetinin  investisiya meneceridir və Rock and Rolla maraq göstərir. Universitetdə Rock and Roll rəqslərinin dairəsini genişləndirmək niyyətindədir və 1,7 milyard dollarlıq bir büdcə planını idarə edir.

4. Süməyyə Ərdoğan. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 31 yaşlı qızı atasının özəl siyasət müşaviri olub. Müdafiə sektorunda fəaliyyət göstərən Səlcuq Bayrakdarla evlidir. 

5. İzabel Dos Santos. 1979-cu ildən bəri Anqolaya rəhbərlik edən Jose Eduardo Dos Santosun 43 yaşındakı böyük qızıdır. Dövlətə məxsus ən böyük neft şirkətinin rəhbəri və Afrikanın tək qadın milyarderidir.

6. Azadə Rəhmon. Tacikistan prezidenti İmaməli Rəhmonun 39 yaşlı qızı. Tacikistan Mərkəzi Bankında yüksək vəzifə tutan Cəmaləddin Nuraliyev ilə evlidir və 5 uşağı var.

7. Mariela Kastro. Kuba dövlət başçısı Raul Kastronun qızıdır. LGBT-yə dəstəyi ilə tanınır. //Cebhe.info

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ