Şəmkir rayonunda diri inəyə qarşı insanlığa sığmayan vəhşilik edilib. 7NEWS.az-ın yerli bürosunun verdiyi məlumata görə, hadisə rayonun Tatarlı kəndində baş verib. İmran Əliyevə məxsus bir baş inək qonşu kənddə yaşayan şəxsin həyətinə girib. Ev sahibi isə diri heyvanın buynuzunu kəsib,bayağını baltalayıb. İmran Əliyevin sözlərinə görə, inəyi örüşdən qayıtmadığı üçün şübhələniblər. Onların şübhələri isə əsassız olmayıb. Heyvana işgəncə edən şəxs inəyi gizlədib.
"Heyvanımız yaşadığımız yerdən yerdən 300 metr aralıda qonşu kənddə məhləyə girib. Gözümüzlə görməmişik, amma deyir giribdi. Tutub aparıb evinə. Heyvana işgəncə veriblər. Buynuzunu, ayağını baltaynan kəsib, bədəninə işgəncələr verib Yoldaşım gedib deyib ki, inəyi burax. Deyib ki, məni şikayət etmə, inəyi buraxacam. Çıx get. Sən demə inək ölürmüş. Qansızlıq bu qədərmi baş alıb gedir ki, inəyi bu vəziyyətə gətiriblər"- deyə İ. Əliyev bildirib.
Hazırda hadisə ilə bağlı polis tərəfindən araşdırma aparılır.











