RU
Dmitri Medvedev
09:48
1972

Dmitri Medvedev

Rusiyanın baş naziri Dmitri Medvedev ötən gecə Ermənistanın paytaxtı İrəvana səfər edib.

7News.Az “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, səfərin məqsədi Avrasiya İqtisadi Birliyinə (AİB) üzv ölkələrin hökumət başçılarının iştirak edəcəyi Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak etməkdir. 

Məlumata əsasən, belə görüşlər adətən, hər üç aydan bir keçirilir. İrəvanda bu gün keçiriləcək iclasın Avrasiya İqtisadi Birliyinin sayca beşinci iclasıdır.

Qeyd edək ki, cari ilin ilk iclasının İrəvanda keçirilməsi planlaşdırılmışdır, lakin aprelin 13-də Moskvada baş tutub. Avrasiya İqtisadi Birliyi 2015-ci ilin yanvarın 1-dən fəaliyyətə başlayıb. Birliyə Rusiya, Belarus, Qazaxıstan, Ermənistan və Qırğızıstan daxildir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ