RU
Dodağının böyüklüyü başına BƏLA OLDU - 310 funt sterlinq cərimə...
13:50
548

Dodağının böyüklüyü başına BƏLA OLDU - 310 funt sterlinq cərimə...

Britaniyanın Mançester şəhərində yol hərəkət qaydasını pozan qız alkoqol testindən keçməkdən imtina edib. Arqument kimi də dodaqlarının həddindən artıq böyük olmasını göstərib.

7News.Az metbuat.az-a istinadən xəbər verirki, polis əməkdaşları 20 yaşlı vizajist Skarlet Harrisonu sürəti artırdığına görə saxlayıb. Polislər onun alkoqolun təsiri ilə sərxoş olduğundan şübhələniblər və xahiş ediblər ki, alkotesterin borucuğuna üfürsün.

Harrison dörd dəfə bu xahişi yerinə yetirə bilməyib və bundan sonra testdən keçməkdən imtina edib, bildirib ki, onun çox böyük dodaqları olduğundan cihazı tuta bilmir.

Hüquq-mühafizə orqanları qaydanı pozan xanımın hərəkətini cəzadan yayınmaq kimi dəyərləndirib. Öz növbəsində vizajist qız deyib ki, "tibbi səbəblər üzündən” nümunəni verə bilmir.

Nəticədə məhkəmə Harrisonun 310 funt sterlinq cərimə ödəməsi barədə qərar çıxarıb və 16 ay avtomobil idarə etməyi qadağan edib.
 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ