RU
Donald Tramp: İran odla oynayır
20:45
294

Donald Tramp: İran odla oynayır

ABŞ prezidenti Donald Tramp İranın ünvanına növbəti dəfə sərt ifadələr işlədib.

D.Tramp özünün "Twitter” səhifəsində aşağıdakıları yazıb:

"İran odla oynayır. Onlar prezident Obamanın İrana münasibətdə necə "xeyirxah” olduğunu lazımınca qiymətləndirmirlər. Mən isə belə olmayacağam!”.

Qeyd edək ki, bundan əvvəl D.Tramp bildirib ki, Tehran ABŞ-ın əvvəlki hökumətinin onlarla imzaladığı anlaşmaya görə minnətdar olmalıdır. O, İranla imzalanmış nüvə sazişini "qorxunc” adlandırıb və ABŞ-ın ballistik raketlərin sınağını keçirən İrana hərbi cavabını istisna etməyib. Vaşinqtonun İrana qarşı sanksiyaları gücləndirəcəyi gözlənilir.

Xatırladaq ki, İran yanvarın sonlarında ballistik raketin uğurlu sınağını keçirib./apa

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ