RU
Donald Tramp subay çıxdı - İLGİNC
10:56
362

Donald Tramp subay çıxdı - İLGİNC

İnsanın ailə durumunu müəyyən edən proqram Amerika preizdenti Donald Trampı subay kimi tanıyıb.

7news.az cebhe.info-ya istinadən xəbər verir ki, komputer proqramının son nəticəsinə görə, prezident 86 faiz subay hesab edilib. 

Prezidentin Twitter hesabındakı yazılarını analiz edən proqramın gəldiyi nəticə maraqla qarşılanıb. 

İnsanların ailə vəziyyətini müəyyən edən proqram Sankt-Peterburq İnformasiya Texnologiyaları Universiteti və Sinqapurun Milli Universitetinin mütəxəssislərinin birgə işi sayəsində yaradılıb. 

Kompyuter proqramı Twitter, Instagram və Foursquare sosial şəbəkələrindəki məlumatları analiz edərək qərar verir. 

Trampla yanaşı keçmiş prezident Barak Obamanın da yazılar analiz edilib. Süni intellekt dərhal Obamanın evli, Trampın isə subay olduğuna dair nəticəyə gəlib. Buna səbəb kimi Trampın səhifələrində paylaşımların onun komandasının bəzi üzvləri tərəfindən edildiyi, həmçinin gecə saatlarında paylaşımlara yer verildiyi göstərilib. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ