ABŞ-ın sabiq prezidenti Donald Trampın Tvitter hesabı bərpa edilmiş Tvitter hesabını izləyənlərin sayı kəskin artıb.
7NEWS.Az xəbər verir ki, sabiq prezidenti izləyənlərin sayı artıq 2 milyonu keçib. Bu barədə müvafiq statistika Tvitterdə yerləşdirilib.
06.00
ABŞ-ın sabiq prezidenti Donald Trampın Tvitter hesabı bərpa edilib.
7NEWS.Az-ın xəbərinə görə, müvafiq qərarı şirkətin yeni sahibi İlon Mask rəy sorğularının nəticələri əsasında qəbul edib.
Bununla belə, sabiq prezident özünün təsis etdiyi sosial şəbəkədə - "Truth Social”da qalmağa qərar verib.
Qeyd edək ki, Trampın Tvitter hesabı ötən ilin yanvarında iğtişaşlar zamanı bloklanmışdı.
7NEWS.Az








