İspaniyada dostunun 215 min funt sterlinq dəyərindəki avtomobilini borc götürən şəxs qəzaya uğrayıb.
7News.Az xəbər verir ki, o, avtobili elektrik transformatoruna vurub və avtomobil 2.9 saniyədə yararsız hala düşüb. Hadisədən dərhal sonra sürücü qəza yerindən qaçıb. Daha sonra o, xəstəxanada tapılıb. Polisin qəza yerindəki araşdırmasından sonra məlum olub ki, sürücü avtomobili sürətli sürdüyü üçün idarəetməni itirib.








