RU
lombard
Dua etmək üçün getdiyi qəbirstanlıqda itmiş oğlunun meyitini tapdı - FOTO
13:00
1141

Dua etmək üçün getdiyi qəbirstanlıqda itmiş oğlunun meyitini tapdı - FOTO

Türkiyənin Kocaeli vilayətinin İzmit rayonunda üç gündür yoxa çıxan şəxsin meyiti qəbirstanlıqdan tapılıb.

Sondakika.com məlumat verir ki, 36 yaşlı Muammer Mətindən xəbər ala bilməyən valideynləri onu tapmaları üçün yaxınlarına xəbər veriblər.

Mətini hər yerdə axtaran atası dua etmək üçün ailə qəbirstanlığına gedib. O qəbrlərin arasında oğlunun cəsədini görüb.

 

Atanın ah-naləsini eşidən insanlar polis və tibbi yardım çağırıblar. Məlum olub ki, M. Mətin başından silahla vurularaq ölüb.

Yeddi ay əvvəl övladını itirən M.Mətinin borca görə təhdid olunduğu iddia edilib.

İlkin versiyaya görə, həmin şəxsin intihar etdiyi bildirilir.

Faktla bağlı araşdırma başladılıb.

 


Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ