Dubay limanında güclü partlayış qeydə alınıb.
"Al Arabiya” məlumat verir ki, hadisə şəhərin Cəbəl-Əli limanında lövbər salmış ticarət gəmisində baş verib.
Partlayışdan sonra gəmidə yanğın başlayıb.
Hadisə yerinə yanğınsöndürən və təcili yardım dəstələri göndərilib.
Zərərçəkənlər barədə hələ ki, heç bir məlumat verilmir.








