RU
Dünən 387 mindən çox insan koronavirusa yoluxub
13:50
252

Dünən 387 mindən çox insan koronavirusa yoluxub

Dünyada son sutka ərzində 387 209 nəfər koronavirusa yoluxub, 10 158 nəfər ölüb.

7News.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 175 306 598 yoluxma hadisəsi, 3 792 777 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 48 faizdən çoxu Şimali və Cənubi Amerikanın (187 256) payına düşür. Digər yerləri isə Cənub-Şərqi Asiya (97 990) ilə Avropa (42 288) bölüşür.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ