Dünya Bankı İrana 90 milyon ABŞ dolları kredit ayırıb.
Bunu İranın İqtisadiyyat Nazirliyi açıqlayıb.
Məlumata görə, bu kredit İrana koronavirusla mübarizə məqsədilə verilir.
Kredit digər beynəlxalq kreditlərlə müqayisədə daha aşağı faizlə verilib.
Ayrılmış kreditlə İranın koronavirusla mübarizədə ehtiyacı olduğu bütün dərman və texniki vasitələr Dünya Səhiyyə Təşkilatı tərəfindən alınıb İrana təhvil veriləcək.
Qeyd edək ki, bu kreditin Dünya Bankından götürülməsi İranın Nazirlər Kabineti tərəfindən təsdiqlənib./apa
7NEWS.Az








