Türkiyə prezidenti Rəcəb Tayyib Türkiyənin Böyük Millət Məclisində Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında çıxış edir.
Prezidentin səudiyyəli jurnalist Camal Qaşıqçının qətli ilə bağlı önəmli detalları açıqlayacağı gözlənilir.
"Burada ədalət axtarırıq. 15 nəfər buraya niyə gəldi, 18 nəfər niyə həbs olundu? Bunlar bütün detalları ilə açıqlanmalıdır. Çərşənbə axşamı daha fərqli şəkildə qrup toplantısında danışacağam. Orada bunların detallarını açıqlayacağam”, - Ərdoğan bazar günü vurğulamışdı.
7News.Az








