RU
Dünya futbolunun əfsanəsi Pele 82 yaşında dünyasını dəyişib
17:10
70

Dünya futbolunun əfsanəsi Pele 82 yaşında dünyasını dəyişib


7NEWS.az xəbər verir ki, Braziliyanın əfsanəvi futbolçusu Pele bir müddət müalicə aldığı xəstəxanada bu gün axşam saatlarında dünyasını dəyişib. Pele bir ildən çoxdur ki, kolon nahiyəsində şiş xərçəngi ilə mübarizə aparırdı. 82 yaşlı əfsanə bu müddət ərzində tez-tez xəstəxanada müalicə alırdı. Pele üçün dünya çempionatının keçirildiyi Qətərdə "tez sağal" və "Biz Peleni sevirik" mesajları binalara əks olunub. Əfsanəvi ad üçün dünyaca məşhur futbolçulardan dəstək mesajları gəlib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ