7NEWS.az xəbər verir ki, Məşhur argentinalı futbolçu Lionel Messinin rəhbərlik etdiyi "Paris Saint-Germain" (PSJ) cümə axşamı Səudiyyə Ərəbistanının paytaxtında Cristiano Ronaldonun yeni klubu "Al-Nassr" və rəqibləri "Al Hilal"dan ibarət qarışıq komanda ilə qarşılaşacaq.
Qətərdə keçirilən 2022 FIFA Dünya Kubokunu qazanan Argentina millisinin ulduzu Messi ilə 5 mundialda qol vuran yeganə futbolçu olan portuqaliyalı Ronaldo bəlkə də yoldaşlıq görüşündə sonuncu dəfə üz-üzə gələcək.
Riyad Mövsüm Kuboku turnirində Fransanın PSJ komandası ilə Səudiyyə Ərəbistanının "Al-Nassr”-”Al Hilal” komandaları arasında keçiriləcək matç sabah paytaxt Ər-Riyaddakı Beynəlxalq Kral Fəhd Stadionunda CET vaxtı ilə saat 20:00-da başlayacaq.
7NEWS.az








