7NEWS.az xəbər verir ki, bu gün Tailandın baş naziri Prayut Çan-o-çanın ev sahibliyi etdiyi Asiya Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) Sammiti işə başlayıb. Dünya liderləri iki günlük sammitdə iştirak etmək üçün paytaxt Banqkoka gəliblər. Kraliça Sirikitdə keçirilən sammitdə Çin Prezidenti Si Cinpin, ABŞ-ın vitse-prezidenti Kamala Harris, Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd Bin Salman, Yaponiyanın baş naziri Fumio Kişida, Fransa prezidenti Emmanuel Makron, Kanadanın baş naziri Castin Trüdo, Cənubi Koreyanın baş naziri Han Duk iştirak ediblər. Sinqapurun Baş naziri Li Hsien Loong və Avstraliyanın Baş naziri Entoni Albanese, həmçinin üzv dövlətlərin liderləri və nümayəndələri. Sammitdə iştirakını ləğv edən Rusiya prezidenti Vladimir Putinin yerinə Rusiyanı baş nazirin müavini Andrey Belousov təmsil edəcək.
7NEWS.az








