RU
Dünya liderləri prezident İlham Əliyevi təbrik ediblər - YENİLƏNİB
09:58
414

Dünya liderləri prezident İlham Əliyevi təbrik ediblər - YENİLƏNİB

Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayev prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

7News.az təbrik məktubunu təqdim edir:

"Hörmətli İlham Heydər oğlu.

Ad gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik etmək istəyirəm.

Biz Sizin Azərbaycan cəmiyyətinin quruculuğu işinə, eləcə də ölkənin təbliğinə və onun iqtisadi inkişafına verdiyiniz töhfəni yüksək qiymətləndiririk. Azərbaycan Respublikası bu qısa tarixi dövrdə böyük nailiyyətlər əldə edib, dünya birliyinin fəal və nüfuzlu üzvü olub.

Əminəm ki, ənənəvi dostluğumuz və mehriban qonşuluq əlaqələrimiz xalqlarımızın firavanlığı naminə möhkəmlənməkdə davam edəcək.

Fürsətdən istifadə edərək, hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, tükənməz enerji və fəaliyyətinizdə yeni nailiyyətlər, qardaş Azərbaycan xalqına isə əmin-amanlıq və firavanlıq arzulayıram".

X X X 

Monteneqronun prezidenti Filip Vuyanoviç prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

7News.az təbrik məktubunu təqdim edir:

"Hörmətli cənab prezident.

Sizə əlamətdar yubileyiniz münasibətilə səmimi təbriklərimi çatdırmaq istərdim.

Bu gün Azərbaycan Sizin rəhbərliyinizlə dünyada sabitlik amilidir və hamı üçün daha xoş və ədalətli gələcəyə yol açır. Arzum budur ki, bundan sonra da uzun illər ərzində sabitlik və tərəqqi yolunda dost Azərbaycan xalqına rəhbərlik edəsiniz.

Monteneqro xalqı adından və şəxsən öz adımdan bizim yaxın və dost ölkələrimiz arasında əlaqələri gücləndirmək üçün göstərdiyiniz bütün səylərə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, ailə səadəti və ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm.

Ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

X X X 

Bolqarıstan Respublikasının prezidenti Rosen Plevneliyev prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

7News.az təbrik məktubunu təqdim edir:

"Zati-aliləri.

Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik etmək və ən xoş arzularımı bildirmək istərdim. Sizə möhkəm cansağlığı və çox məsuliyyətli işinizdə uğurlar arzulayıram.

Ölkələrimiz arasında strateji əməkdaşlığın inkişaf edəcəyinə və xalqlarımızın rifahı naminə daha da möhkəmlənəcəyinə inandığımı bildirməkdən şərəf duyuram.

Hörmətli cənab prezident, bir daha Sizə olan dərin ehtiramımı çatdırmaq istərdim".

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ