RU
Dünya TƏHLÜKƏDƏ: Antarktida yarıldı - VİDEO
13:09
507

Dünya TƏHLÜKƏDƏ: Antarktida yarıldı - VİDEO

Cənub yarımkürəsindəki Antarktida qitəsində ən böyük buz sahəsi qlobal istiləşmənin təsiri nəticəsində çatlayıb.

7News.az xəbər verir ki, 2014-ci ildə təsbit edilən çatı ingilis tədqiqatçılar ilk dəfə havadan çəkiblər.

Bir neçə kilometr uzanan və getdikcə genişlənən çat qlobal istiləşmənin miqyasını ortaya çıxarıb. Əvvəlcə dar bir yarıq olan çat zaman keçdikcə genişlənib. Ümumi uzunluğu 80 kilometrdən çox olan çatın eni isə 90 metrə qədərdir. Alimlərin fikrincə, qlobal istiləşmənin təsiri ilə çat böyüməyə davam edəcək və yeni bir buz dağı yaranacaq.
Bu dəyişikliklər Antarktida qitəsinin görünüşünün yaxın zamanda dəyişəcəyini göstərir.//lent

Qitənin hazırkı vəziyyətini əks etdirən foto və videonu təqdim edirik:

 

7News.az

Dünya TƏHLÜKƏDƏ: Antarktida yarıldı

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ