Alimlər insan beyninin neyron şəbəkəsini təqlid etmək üçün hazırlanmış dünyanın ilk superkompüterini açacaqlarını açıqlayıblar. DeepSouth adlı sistem qırılma nöqtəsi ola bilər.
7NEWS.az xəbər verir ki, Avstraliyanın Qərbi Sidney Universitetinin tədqiqatçıları Intel və Dell kimi texnologiya nəhəngləri ilə əməkdaşlıq edərək insan beyni miqyasında neyron şəbəkələrini simulyasiya etmək məqsədi daşıyan nəhəng superkompüter hazırlayıblar. DeepSouth adlanan bu unikal superkompüter tezliklə istifadəyə veriləcək.
7NEWS.az








