RU
Dünyanın bir nömrəli terrorçusu Əfqanıstana gedib - VİDEO
19:10
401

Dünyanın bir nömrəli terrorçusu Əfqanıstana gedib - VİDEO

Dünyanın bir nömrəli terrorçusu, "Əl-Kaidə”nin lideri Üsəma Bin Ladenin ən yaxın silahdaşlarından biri olan doktor Amin Əl-Hak Əfqanıstana gəlib. 

7NEWS.Az
xəbər verir ki, Amin əl-Hak Bin Ladenin təhlükəsziliyinə məsul şəxs olub.  Əfqan jurnalist Bilal Sarvari (Bilal Sarwary) Bin Ladenin ən yaxın silahdaşlaırndan olan  doktor Amin Əfqanıstanda olması ilə bağlı videosunu paylaşıb. Düzdür, təhlükəsizlik orqanlarının əməkdaşları  Amin al Hakın Əfqanıstanda olub-olmamasını təsdqiləməyib.  

Videonun avqustun 30-da  Bazarertəsi günü Əfqanıstanın Nanqarhar şəhərində çəkildiyi bildirilir.  Avtomobilin ön oturacağında əyləşən  Al Hakı şəhər sakinləri coşqu ilə qarşılayır. Hətta onunla görüşüb əlini öpürlər.  O isə insanlaır əli ilə salamlayaraq  hərəkətinə davam edir. 

Əl-Kaidəni idarə edən şəxslərdən bir olan Amin al Hak 20 il öncə ABŞ ordusu Əfqanıstana girdikdən sonra  məskunlaşdığı Tora Boradan qaçmışdı. Bundan sonra Əl Kaidə Pakistanın Vezirstan bölgəsinə çəkilmişdi. 

Qeyd edək ki, Əl-Kaidənin yaradıcısı Bin Laden 2011-ci ildə  Pakistanın Abbotabad yaşayış məntəqəsində ABŞ xüsusi təyiantlıları tərəfindən qətlə yetirilib. 
 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ