RU
Dünyanın ən böyük akvariumu partladı: 1500 balıq öldü
23:00
696

Dünyanın ən böyük akvariumu partladı: 1500 balıq öldü

Berlində yerləşən dünyanın ən böyük akvariumu cümə günü səhər partlayıb.

Hündürlüyü 25 m olan bu silindrik akvariumda 1,5 min müxtəlif, o cümlədən nadir tropik balıq növləri var idi. Akvarium Alexanderplatz yaxınlığında yerləşən Berlin otellərindən birinin mərkəzi zalında yerləşirdi.

Hadisə nəticəsində bütün balıqlar ölüb. iki nəfər yüngül bədən xəsarəti alıb, xilasedicilər hadisə yerində işlərini davam etdirirlər.

Hadisənin səbəbi hələ müəyyən edilməyib. Bir versiyaya görə, akvariumda hava istiliyinin azalması səbəbindən çatla əmələ gəlib, sonra isə partlayıb.

Otelin yaxınlığında hərəkət məhdudlaşdırılıb, strukturların təhlili davam edir./qaynarinfo
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ