7NEWS.az xəbər verir ki, Almaniyanın Münster Universitetinin bir qrup arxeoloqu Ermənistanın qədim Artaşat şəhərində 4-cü əsrə aid ən qədim kilsələrdən birini aşkar ediblər. Ermənistan Milli Elmlər Akademiyasında həmkarları ilə işləyən alimlər kilsənin səkkizguşəli olmasını vurğulayıblar.








