Cəbhədə vəziyyət gərginləşib.
Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 25 dəfə pozub.
Müdafiə Nazirliyindən 7News.Az-a daxil olan məlumata görə, Tərtər rayonunun Çaylı, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Qorqan, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.








