RU
Düşmənin növbəti hədəfi
17:00
1388

Düşmənin növbəti hədəfi

19 ev yararsız hala düşüb.

Ötən gecə ermənilərin ağır artilleriyadan açdığı atəş nəticəsində Ağcabədi rayonuna 100-dək mərmi düşüb. 

7News.Az-ın APA-ya istinadən verdiyi xəbərinə görə, bunu Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov deyib.

Mərmilərdən 50-nin Qaraxanlı kəndi ərazisinə düşdüyünü açıqlayan İH başçısı 35 həyətyanı sahəyə mərmi düşməsi nəticəsində 19 evin yararsız hala düşdüyünü deyib.

Həmin evlərdən biri tamilə yanıb.

Ş.Məmmədov bildirib ki, Ermənistan silahlı qüvvələri mülki əhalini hədəfə alıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ