RU
DYP maşını Salyanda dəhşətli QƏZA TÖRƏTDİ: 2 ölü, 5 yaralı - FOTOLAR (YENİLƏNDİ)
15:25
1617

DYP maşını Salyanda dəhşətli QƏZA TÖRƏTDİ: 2 ölü, 5 yaralı - FOTOLAR (YENİLƏNDİ)

Ələt-Astara magistralının Salyan rayonu ərazisindən keçən hissəsində baş verən qəzada xəsarət alanların adı məlum olub.

7News.az-ın "Report"a istinadən verdiyi məlumat görə, Yol Patrul Xidməti (YPX) maşını ilə "Mercedes" markalı avtomobilin toqquşması nəticəsində xəsarət alan 5 nəfərin adı belədir.

Bakı şəhər sakinləri - 1950-ci il təvəllüdlü Allahverdi Ağalı oğlu Əhmədov;

1986-cı il təvəllüdlü Ülvi Səməd oğlu Sadıqov;

1982-ci il təvəllüdlü Elçin Kazım oğlu Dadaşov;

Salyan rayon sakinləri - 1988-ci il təvəllüdlü Elnur Zakir oğlu Əliyev;

1988-ci il təvəllüdlü Natiq Nifti oğlu Məmmədyarovdur.

Qeyd edək ki, E.Əliyev və N.Məmmədyarov YPX əməkdaşlarıdır.

Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirilib ki, xəsarət alanlardan 2-i Reanimasiya, 3-ü isə Travmotologiya şöbəsinə yerləşdirilib.

Hadisə zamanı ölən iki nəfərin adları hələlik məlum deyil.

7News.az






BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ